Əsas Səhifə > Dünya idmanı > “Ukraine Open”ə yekun vuruldu

“Ukraine Open”ə yekun vuruldu


18-03-2018, 23:07


“Ukraine Open” beynəlxalq turnirə yekun vurulub. BrendSport.az saytı ATF-na istinadən xəbər verir ki, böyüklərdən ibarət milli yığma komandamız y arışın son günü də uğura imza atıb. Komandamızın yeddi üzvü fəxri kürsüyə qalxıb.

Belə ki, qadın taekvondoçularımızdan Fəridə Əzizova (-67 kq) və Patimat Abakarova (-53 kq) yarışı qızıl medalla başa vurub. Radik İsaev (+87 kq) isə həlledici döyüşdə məğlub olaraq gümüş medalla kifayətlənib. Millinin digər üzvlərindən Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov (-87 kq), Rufina Əlizadə (-53 kq) və Elvarə Cəlilova (+73 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, Ukraynanın Xarkov şəhərinin “Lokomotiv” idman sarayında keçirilən “Ukraine Open” turnirin ilk günü Qaşım Maqomedov (-58 kq) yarışın qalibi, Məcid Sofiyev (-54 kq) və Şəms Həsənova (-62 kq) isə bürünc medala sahib olmuşdular. 23 idmançı ilə G1 kateqoriyalı yarışa qatılan böyüklərdən ibarət milli yığma komandamız 3 qızıl, 1 gümüş və 6 bürünc medalla vətənə dönür.

Alxas Məmmədov
Geri qayıt