Əsas Səhifə > Dünya idmanı > “Qalatasaray”dan çətin qələbə

“Qalatasaray”dan çətin qələbə


11-03-2018, 23:23



Türkiyə superliqasının bu gün davam edən 25-ci turunda lider “Qalatasaray” autsayderlərdən olan “Konyaspor”u qəbul edib.

Fatih Terimin komandası çətin qələbə qazanıb. İlk hissədə 0:1 hesabı ilə uduzan “sarı-qırmızılılar” ikinci hissədə vurduğu 2 qol sayəsində qalib gəlməyi bacarıb. 2:1 hesabı ilə yekunlaşan görüşdə qolları “Konyaspor”dan Vilfred Moke (2-ci dəq.), “Qalatasaray”dan Bafetimbi Qomis (69) və Sinan Gümüş (86) vurub. Qomis 21-ci dəqiqədə penaltidən yararlana bilməyib.

25 turdan sonra “Qalatasaray” 53 xalla liderliyi davam etdirir. “Beşiktaş” və “İstanbul Başakşehir” isə 25 matçdan hərəyə 50 xalla ikinci-üçüncü yerləri bölüşdürür.

Qol.az
Geri qayıt