Əsas Səhifə > Dünya idmanı > Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub

Almaniyada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turnirinə yekun vurulub


23-05-2023, 12:20





Almaniyanın Kotbus şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə beynəlxalq boks turniri keçirilib.

BrendSport.az xəbər verir ki , Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yarış Diaspora Boks Liqası və Berlində fəaliyyət göstərən Azərbaycan Evinin təşkilatçılığı ilə gerçəkləşib.

Almaniya və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə start götürən turnirin birinci mərhələsi Halle (Saale), ikinci mərhələsi Maqdeburq/Barleben, final mərhələsi Kotbus şəhərlərində təşkil olunub.

Yarışda iştirak edən Azərbaycan, Almaniya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Tacikistan və Rusiyadan olan boksçular Ümummilli Lider Heydər Əliyevin adını daşıyan kubok və kəmər uğrunda mübarizə aparıblar.
Geri qayıt