Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yurgen Klinsman Cənubi Koreya millisinə baş məşqçi təyin olunub

Yurgen Klinsman Cənubi Koreya millisinə baş məşqçi təyin olunub

Almaniyalı məşhur futbol mütəxəssisi, 1990-cı ilin dünya, 1996-cı ilin Avropa çempionu Yurgen Klinsman Cənubi Koreya milli komandasına baş məşqçi təyin olunub.

BrendSport.az
xəbər verir ki, razılaşma Yurgen Klinsmana Cənubi Koreya yığmasının başında 2026-cı il dünya çempionatında iştirak etmək imkanı verib. Təbii ki, bunun üçün almaniyalı məşqçi komandası ilə birgə dünya çempionatının seçmə mərhələsində uğur qazanmalıdır.
Assosiasiya razılaşmanın detallarını, o cümlədən maliyyə məsələlərini açıqlamayıb.

Yurgen Klinsmanın Cənubi Koreya komandası ilə ilk rəsmi oyunu martın 24-də Ulsan şəhərində Kolumbiya yığmasına qarşı yoldaşlıq görüşü olacaq.

Qeyd edək ki, Almaniya futbol tarixinin ən yaxşı oyunçularından olan Yurgen Klinsman oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb.

Ötən müddətdə Almaniya (2004-2006) və ABŞ millisinin (2011-2016), habelə “Bavariya” (2008-2009) və “Herta” (2019-2020) komandalarının baş məşqçisi olub. O, dünya (2010, 2018, 2022) və Avropa (2020) çempionatları üçün ESPN və BBC televiziya kanallarında mütəxəssis kimi çalışıb.


Facebook-da paylaş

Xəbəri paylaş