Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Çempionlar Liqası: “Liverpul” klubu “Real Madrid”i, “Ayntraxt” isə “Napoli”ni qəbul edəcək

UEFA Çempionlar Liqası: “Liverpul” klubu “Real Madrid”i, “Ayntraxt” isə “Napoli”ni qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin ən gözlənilən matçı İngiltərədə baş tutacaq. Belə ki, “Liverpul” klubu “Real Madrid”i qəbul edəcək. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Digər matç isə Almaniyada keçiriləcək. Oyunda “Ayntraxt” və İtaliyanın “Napoli” komandaları üz-üzə gələcəklər. Matç portuqaliyalı hakim Artur Diaşa tapşırılıb.

Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki oyunlarında “Milan” İtaliyada İngiltərənin “Tottenhem”, Almaniyanın “Bavariya” klubu Fransanın PSJ, Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Çelsi" komandasına 1:0, Portuqaliya "Benfika"sı isə Belçikada "Brügge"yə 2:0 hesabı ilə qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş