Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün Çempionlar Liqasında daha 2 oyun keçiriləcək



Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

BrendSport.az
xəbər verir ki, 2-ci oyun günündə daha 2 görüş olacaq.

Almaniyada Dortmund "Borussiya"sı "Çelsi" ilə üz-üzə gələcək. Digər oyunda isə "Benfika" (Portuqaliya) Belçika "Brügge"sinin qonağı olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Bu komandalar arasında cavab oyunları martın 7-də olacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə Almaniya "Bavariya"sı Fransada PSJ-yə, İtaliya "Milan"ı isə evdə İngiltərə "Tottenhem"inə 1:0 hesabı ilə qalib gəlib.

UEFA Çempionlar Liqası, 1/8 final, ilk oyunlar
15 fevral

00:00. "Borussiya" Dortmund (Almaniya) - "Çelsi" (İngiltərə)
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, "Siqnal İduna Park" stadionu

00:00. "Brügge" (Belçika) - "Benfika" (Portuqaliya)
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, "Yan Breydel" stadionu.

21 fevral

00:00. "Ayntraxt" (Almaniya) - "Napoli" (İtaliya)
00:00."Liverpul" (İngiltərə) - "Real" (İspaniya)

22 fevral

00:00. "İnter" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə)

14 fevral

PSJ (Fransa) – “Bavariya” (Almaniya) - 0:1

“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 1:


Facebook-da paylaş

Xəbəri paylaş