Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünyanın ən çox pul qazanan 10 qadın idmançısı

Dünyanın ən çox pul qazanan 10 qadın idmançısı


Yaponiyalı tennisçi Naomi Osaka “Forbes” jurnalının versiyasına görə dünyanın ən çox pul qazanan qadın idmançıları siyahısında birinciliyini qoruyub.

BrendSport.az
xəbər verir ki, 2022-ci ildə Osaka 51,1 milyon dollar qazanıb, bunun 50 milyon dolları sponsorluq müqavilələrindən və 1,1 milyon dolları isə pul mükafatından əldə edilib. Osaka ardıcıl üçüncü dəfə dünyanın ən çox gəlir əldə edən qadın idmançısı seçilib.
İkinci sırada amerikalı tennisçi Serena Uilyams gəlir. Yola salmaqda olduğumuz ildə bu idmançı təxminən 300 min dollar pul mükafatı və reklamçılarla müqavilələrdən 41 milyon dollar qazanıb.
Üçüncü yeri illik gəliri 20,1 milyon dollar olan çinli fristaylçı Eylin Qu tutub. Onun 100 min dollar pul mükafatı qazandığı, qalan məbləği isə müqavilələrdən əldə etdiyi bildirilir.
Başa çatmaqda olan ildə çox qazanan idmançıların onluğunda dördüncü yerdə 18,7 milyon dollar qazancla Emma Radukanu (Böyük Britaniya, tennis), beşinci yerdə İqa Sventek (Polşa, tennis - 14,9 milyon dollar), altıncı yerdə Venera Uilyams (ABŞ, tennis-12,1 milyon dollar), yeddinci yerdə Kori Qauff (ABŞ, tennis-11,1 milyon dollar), səkkizinci yerdə Simone Biles (ABŞ, gimnastika - 10 milyon dollar), doqquzuncu yerdə Jessica Pegula (ABŞ, tennis 7,6 milyon dollar) və onuncu yerdə Minji Li (Avstraliya, qolf - 7,3 milyon dollar) qərarlaşıblar.



AZƏRTAC


Facebook-da paylaş

Xəbəri paylaş