Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün FIFA "The Best" mükafatının sahibləri bəlli olacaq



Bu gün FIFA-nın ilin ən yaxşı oyunçusuna təqdim etdiyi "The Best" mükafatının sahibi bəlli olacaq.

BrendSport.az
saytının məlumatına görə, mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Ən yaxşı futbolçu adına Fransa PSJ-sindən argentinalı Lionel Messi, Almaniya "Bavariya"sından polşalı Robert Levandovski və İngiltərə "Liverpul"undan misirli Məhəmməd Salah iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın futbolçular isə bunlardır:

1. Cennifer Ermoso (İspaniya / "Barselona")

2. Samanta Kerr (Avstraliya / "Çelsi")

3. Aleksiya Putelyas (İspaniya / "Barselona").

2021-ci ilin ən yaxşı baş məşqçisi adına İtaliya millisinə rəhbərlik edən Roberto Mançini, onun İngiltərənin "Mançester Siti" və "Çelsi" klublarındakı həmkarları, müvafiq olaraq, Xosep Qvardiola və Tomas Tuxel iddialıdır.

Qadın futbolunda isə Lüis Kortes (İspaniya / "Barselona"), Emma Heyz (İngiltərə / "Çelsi") və Sarina Viqman (Niderland / Niderland millisi / İngiltərə millisi) namizəddir.

Bundan əlavə, tədbirdə ən yaxşı qadın və kişi qapıçılar, ilin ən yaxşı qolu, azarkeşi, "fair play" mükafatı, həmçinin qadınlar və kişilərdən ibarət ilin rəzmi komandası təqdim ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş