Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasında rekorda imza atıblar

Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasında rekorda imza atıblar

"Liverpul"un futbolçuları Məhəmməd Salah və Sadio Mane İngiltərə Premyer Liqasında rekorda imza atıblar.
BrendSport.az xəbər verir ki, afrikalı oyunçuların rekordu Premyer Liqanın 21-ci turunda "Çelsi" ilə keçirilən görüşdə (2:2) qeydə alınıb.
Salah və Mane bu görüşdə hərəyə bir dəfə fərqlənməklə Premyer Liqada 29 fərqli matçda birlikdə qol vuran ilk ikili olub.
Bundan əvvəlki rekord 1964-1972 illərdə "Mançester "Yunayted"də 28 matçda qol vuran Bobbi Çarlton - George Best ikilisinə aid idi.


Facebook-da paylaş

Xəbəri paylaş