Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımız blits və rapid üzrə dünya çempionatının ilk turlarında mübarizə aparıblar

Şahmatçılarımız blits və rapid üzrə dünya çempionatının ilk turlarında mübarizə aparıblar

Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.

BrendSport.az
xəbər verir ki, yarışın birinci günündə qadın şahmatçılar rapid üzrə 4, kişilər isə 5 turda mübarizə aparıblar. Təmsilçilərimizdən ən yüksək nəticəni Zeynəb Məmmədyarova göstərib. Belə ki, 4 turda 3 xal toplayan şahmatçımız bu nəticə ilə 14-cü pillədə qərarlaşıb. Digər şahmatçılarımız Gövhər Beydullayeva 2, Türkan Məmmədyarova və Xanım Balacayeva 1,5, Gülnar Məmmədova isə 1 xal toplayıblar.
Kişilərin yarışında şahmatçımız Şəhriyar Məmmədyarov 5 turda 3,5 xal topalyaraq 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı toplayan Vasif Durarbəyli 39-cu yerdədir. Məhəmməd Muradlı 3, Rauf Məmmədov 2,5, Vüqar Əsədli, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 2 xal toplayıblar.
Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Qeyd edək ki, son dünya çempionatında - 2019-cu ildə Moskvada keçirilən analoji yarışda kişilər arasında Maqnus Karlsen həm rapid, həm də blits üzrə yarışların qalibi olub. Qadınların yarışında isə Hindistan şahmatçısı Humpu Koneru rapid, rusiyalı Katerina Laqno isə blits üzrə dünya çempionatının qalibi adını qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş