Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinq siyahısında Novak Cokoviç liderliyini davam etdirir

Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinq siyahısında Novak Cokoviç liderliyini davam etdirir


Peşəkar Tennisçilər Assosiasiyası (ATP) avqustun 16-da “Masters” seriyası çərçivəsində Torontoda keçirilən turnirin başa çatmasından sonra raketka ustalarının yeni reytinq cədvəlini açıqlayıb.
BrendSport.az xəbər verir ki, yeni reytinq siyahısının ilk onluğunda yerdəyişmə baş verməyib. Dünyanın 1 nömrəli raketka ustası serbiyalı Novak Cokoviç Torontodakı turnirə qatılmamasına baxmayaraq, 12 113 xalla liderliyini qoruyub saxlayır. Torontodakı turnirin qalibi olan rusiyalı Daniil Medvedev ikinci sıradadır – 10 620. Yunanıstan təmsilçisi Stefanos Tsitsipas (8350) üçüncü, ispaniyalı Rafael Nadal (7815) dördüncü, almaniyalı Aleksandr Zverev (7263) beşincidir.
İlk onluğun sonrakı pillələrində müvafiq olaraq, avstraliyalı Dominik Tim (7005), rusiyalı Andrey Rublev (6005), italiyalı Matteo Berrettini (5533), isveçrəli Roje Federer (4215) və kanadalı Denis Şapovalov (3625) qərarlaşıblar.


Facebook-da paylaş

Xəbəri paylaş