Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Konfrans Liqası: Bu gün “Qarabağ” klubu Kiprin AEL komandasını qəbul edəcək

UEFA Konfrans Liqası: Bu gün “Qarabağ” klubu Kiprin AEL komandasını qəbul edəcək


Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.
BrendSport.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı estoniyalı baş hakim Kristo Tover idarə edəcək.
Ağdam təmsilçisinin heyətində 3 itki var. Müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oyunu buraxacaq. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün oynamayacaq.
Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.


Facebook-da paylaş

Xəbəri paylaş