Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Serbia Chess Open 2021”: “Masters” turnirində şahmatçılarımız uğurla çıxış ediblər

“Serbia Chess Open 2021”: “Masters” turnirində şahmatçılarımız uğurla çıxış ediblər



Serbiyanın paytaxtı Belqradda birinci beynəlxalq “Serbia Chess Open 2021” şahmat turniri başa çatıb.
BrendSport.az xəbər verir ki, şahmatçılarımız turnirin “Masters” yarışında uğurla çıxış ediblər. Belə ki, təmsilçilərimiz Ülvi Sadıqov, Misrətdin İsgəndərov liderdən cəmi yarım xal (7 xal) geri qalaraq 2-10-cu yerləri bölüşüblər. Digər şahmatçılarımız Eltac Səfərli, Vüqar Əsədli 6,5 xal, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı 6 xal, Pərviz Qasımov, Aydın Süleymanlı, Xəzər Babazadə 5,5 xal, Gövhər Beydullayeva 5 xal, Read Səmədov 4,5 xal qazanıblar.
Qeyd edək ki, “Serbia Chess Open 2021”də 41 ölkədən 400-dən yuxarı şahmatçı iştirak edib.


Facebook-da paylaş

Xəbəri paylaş