Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Avro-2020”: İngiltərə-Danimarka matçının əsas vaxtında qalib müəyyənləşməyib



BrendSport.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesab 30-cu dəqiqədə açılıb. Danimarkalıların 21 yaşlı hücumçusu Mikkel Damsqaard cərimə zərbəsindən baxımlı qola imza atıb - 1:0. Bu, Avropa çempionatında öz qapılarını toxunulmaz saxlayan ingilislərin buraxdıqları ilk qol olub.

Qoldan sonra, xüsusilə birinci hissənin sonuna yaxın təzyiqi artıraraq bir neçə qol vəziyyəti yaradan İngiltərə komandası matçın 39-cu dəqiqəsində istəyinə çatıb. İngilislərin sağ cinahdan başladığı hücumda Sakanın cərimə meydançasına Rahim Sterlinqə ötürməsini dəf etməyə çalışan kapitan Simon Kyaer avtoqola imza atıb - 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Qarşılaşmanın ikinci hissəsi komandaların sürətli hücumları ilə başlayıb.

Lakin hər iki komandanın cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara top vurulmayıb.

Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə vaxt oynanılır.

İngiltərə seçməsi D qrupunda Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib, Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda isə Ukraynanı (4:0) mübarizədən kənarlaşdırıb.

Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar. Komanda Bakı Olimpiya Stadionunda oynadığı dörddəbir final görüşündə Çexiyaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin birinci oyununda İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə İtaliya millisi 11 metrlik cərimə zərbələri seriyasında 4:2 hesabı ilə qalib gəlib.

“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş