Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Dinamo Tbilisi” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb

“Dinamo Tbilisi” və “Neftçi” komandalarının start heyətləri açıqlanıb


UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də saat 20:00-da üz-üzə gələcək “Dinamo Tbilisi” və “Neftçi” klublarının start heyətləri açıqlanıb.
BrendSport.az xəbər verir ki, “Dinamo Arena”da keçiriləcək görüşdə “Neftçi”nin heyətində meydana Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Namiq Ələsgərov, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Suareş, Mert Çelik, Yusuf Laval, Sabir Buqrin və Mamadu Kane çıxacaqlar.
"Dinamo Tbilisi”nin start heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava, Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç, və Saba Xvadaqiani yer alıblar.
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində daha 8 oyun keçiriləcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu Norveçdə “Bude Qlimt” komandasının qonağı olacaq. Yoxlama oyunlarında vurduğu 6 qolla komandasının ən məhsuldar oyunçusu olan Mahir Emrelinin bugünkü görüşdə start heyətdə başlayacağı gözlənilir.


Facebook-da paylaş

Xəbəri paylaş