Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Avro-2020”: İtaliya millisi İspaniyanı məğlub edərək finala yüksəlib

“Avro-2020”: İtaliya millisi İspaniyanı məğlub edərək finala yüksəlib


İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşıblar.
Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.
Matçın birinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığmasının cəhdləri heç bir nəticə verməyib və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Görüşün ikinci hissəsində komandalar qarşılıqlı olaraq təzyiqi artırmağa başlayıblar və bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunda hesab matçın 60-cı dəqiqəsində açılıb. İtaliyalıların qapıçı Donnarumma ilə başladığı sürətli əks-hücumu Federiko Kieza cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb - 1:0.
İspaniya yığması buna matçın 80-ci dəqiqəsində Alvaro Moratanın qolu ilə cavab verib. Əvəzetmədən sonra meydana daxil olan A.Morata komanda yoldaşı Olmonun ötürməsindən sonra təkbətək çıxdığı qapıçı ilə dueldən qalib ayrılıb - 1:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və matçın əsas vaxtı heç-heçə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər. Bu hissədə 4:2 hesabı ilə qalib gələn İtaliya komandası "Avro-2020"nin ilk finalçısı olub.
Final mərhələsinin digər iştirakçısı iyulun 7-də “Uembli” stadionunda keçiriləcək İngiltərə - Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda isə turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb.
“Avro-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş