Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AVRO-2020: İsveçrə millisi dünya çempionunu məğlub edərək dörddəbir finala yüksəlib



BrendSport.az xəbər verir ki, iyunun 28-də Rumıniyanın paytaxtı Buxarestdəki Milli Stadionda Fransa və İsveçrə yığma komandaları üz-üzə gəliblər.

Argentinalı baş hakim Fernando Andres Rapallininin idarə etdiyi oyunda hesabı İsveçrə millisi açıb. Matçın 15-ci dəqiqəsində Steven Zuberin ötürməsini Haris Seferoviç baxımlı qolla tamamlayıb. Görüşün birinci hissəsi İsveçrə millisinin minimal üstünlüyü ilə başa çatıb -1:0.

Dünya çempionu Fransa millisi ikinci hissəyə daha fəal başlayıb. Təşəbbüsü ələ alan fransalı futbolçular qarşılaşmanın 57-ci və 59-cu dəqiqələrində Kərim Benzemanın dublu sayəsində hesabda önə keçiblər. Matçın 75-ci dəqiqəsində fransalı futbolçu Paul Poqba hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 81-ci dəqiqəsində Haris Seferoviç dubl edib. Oyunun 90-cı dəqiqəsində isveçrəli forvard Mario Qavranoviç hesabı bərabərləşdirib.


Facebook-da paylaş

Xəbəri paylaş