Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Almaniya millisinin futbolçuları saçlarının uclarına qədər motivasiyalıdır"



Almaniya millisinin qapıçısı Manuel Noyer Avro-2020-nin qrup mərhələsinin ilk turunda Fransa ilə oyun öncəsi fikirlərini bildirib.

BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, yığmanın futbolçularının saçlarının uclarına qədər turnirə motivasiyalı olduğunu söyləyib: "Avropa çempionatının başlamasını çoxdan gözləyirdik. Hər oyunçu hazırdır. İlk oyunumuzu evdə Münhendə keçirəcəyik. Azarkeşlərimizə borclu olduğumuzu bilirik, oyunumuzla onları ovsunlamaq istəyirik. Dəstəyə ehtiyacımız var. Uğurlu çıxış edəcəyimizə ümid edirik".

Noyer rəqib komandanın hücumçusu Kilian Mbappeni necə dayandıracaqları ilə bağlı verilən sualı belə cavablandırıb: "Hər şeydən əvvəl özümüzü sabit şəkildə qorumalıyıq, bu qapıçıya da aiddir. Mbappe dünya səviyyəli bir oyunçudur, amma tez-tez belə oyunçularla qarşılaşırıq".

Qeyd edək ki, bu gün keçiriləcək Fransa - Almaniya görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş