Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fabreqas karyerasını bitirmək istəyir: “Artıq yaşlanmışam”




“Monako”da çıxış edən Sesk Fabreqas növbəti mövsümün sonunda karyerasını bitirməyi düşünür.

BrendSport.az xəbər verir ki, bu barədə ispan yarımmüdafiəçi özü açıqlama verib:

“Artıq yaşlanmışam. Buna baxmayaraq, zehniyyətim eynidir və hər gün futbol oynamaq istəyirəm.

Qarşıdakı mövsümdə artıq bədənimin oyunlara necə reaksiya verəcəyinə baxacam. Çox gənc – 16 yaşında “Arsenal”da oynayırdım və indiyə qədər çox oyuna çıxmışam. Artıq üç gündən bir yüksək səviyyədə oyun keçirə bilməyəcəyimi başa düşürəm.

“Monako” ilə bir illik müqaviləm var. Çempionlar Liqasına vəsiqə qazanmışıq və karyeramı bu turnirdə oynamaqla başa vurmağı düşünürdüm. Nə olacağını görəcəyik”.

Karyerası ərzində İspaniyada “Barselona”, İngiltərədə “Arsenal”, “Çelsi” və Fransada “Monako” klublarında çıxış edən Fabreqas, İspaniya yığması ilə də 110 oyuna çıxıb.

34 yaşlı yarımmüdafiəçi bir dəfə dünya, iki dəfə Avropa çempionu olub.


Facebook-da paylaş

Xəbəri paylaş