Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Barselona"ya görə oyun üslubumu dəyişdirməyə hazıram"



Bu gün "Barselona"ya transfer olunan Serxio Aquero klubla müqavilə imzaladıqdan sonra fikirlərini bildirib.

BrendSport.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, argentinalı hücumçu keçidi ilə bağlı deyib:

"Barselona" dünyanın ən yaxşı klubudur, buna görə yaxşı qərar verdiyimi düşünürəm. Ümid edirəm ki, komandaya kömək edə biləcəyəm. Təbii ki, buraya köçmək karyeram üçün bir addımdır. Mən çox xoşbəxtəm. Komandaya kuboklar qazandırmağa çalışacağam. Ən əsası bu heyətdə oynamaq və kömək etmək istəyirəm. "Barselona" uğurlu olsa, xoşbəxt olaram.

Hər şeyi etməyə çalışacağam ki, gələn mövsümün sonuna qədər kuboklar qazanaq. Bütün gücümü verəcəyəm. Ümid edirəm ki, azarkeşlər mənim oyunumu izləməkdən zövq alırlar. "Barselona"ya görə oyun üslubumu dəyişdirməyə hazıram".

Qeyd edək ki, "Barselona"ya azad agent kimi keçən Aquero klubla 2 illik müqavilə imzalayıb.


Facebook-da paylaş

Xəbəri paylaş