Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ronaldo ən yaxşı hücumçu seçildi



İtaliya A Seriyasında 2020/2021 mövsümünün ən yaxşıları müəyyənləşib.

BrendSport.az turnirin saytına istinadən xəbər verir ki, "Milan"dan ayrılan Canluici Donnarumma ən yaxşı qapıçı seçilib. O, ötən mövsüm 37 matçda 38 qol buraxıb, 14 oyunda qapısını toxunulmaz saxlayıb. Kristian Romero ("Atalanta") ən yaxşı müdafiəçi adına layiq görülüb. Argentinalı oyunçu A seriyasında 31 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

Nikolo Barella ("İnter") ən yaxşı yarımmüdafiəçi olub. İtaliyalı futbolçu ötən mövsüm meydanda olduğu 36 matçda 3 qol vurub, 9 qol ötürməsi ilə yadda qalıb. Ən yaxşı hücumçu adına 33 matçda 29 qol vuran və 2 qol ötürməsi verən Kriştiano Ronaldo ("Yuventus") layiq görülüb.

Xatırladaq ki, Ronaldo A seriyasında ötən mövsümün ən çox qol vuran oyunçusu olub.


Facebook-da paylaş

Xəbəri paylaş