Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Aquero son matçında Premyer Liqanın tarixinə düşdü



“Mançester Siti”nin hücumçusu Serxio Aquero Premyer Liqadakı sonuncu oyununa rekorda imza atıb.

BrendSport.az xəbər verir ki, argentinalı hücumçu “Everton”la görüşdə (5:0) dubl etməklə Premyer Liqanın tarixinə düşüb.


Aquero İngiltərə çempionatında bir komandanın heyətində ən çox (184) qol vuran futbolçu adına sahib olub. Əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runiyə məxsus idi – 183 qol.

Xatırladaq ki, Aquero “Mançester Siti” ilə mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyib. Onun “Barselona”ya keçəcəyi gözlənilir.


Facebook-da paylaş

Xəbəri paylaş