Faydalı saytlar


Reklam



"Real" Varanı razı sala bilmir



"Real" müdafiəçisi Rafael Varanın müqaviləsini uzatmaq istəyir.

BrendSport.az xəbər verir ki, Madrid təmsilçisi hələ ki fransalı futbolçunu razı sala bilmir. Buna səbəb 28 yaşlı oyunçunun agentinin "Mançester Yunayted" və "Çelsi" ilə danışıqlar aparmasıdır.

Varanın "kral klubu" ilə sözləşməsi 2022-ci ilin iyunun 30-u bitəcək. O, bu mövsüm keçirdiyi 39 oyunda 2 qol vurub.


Facebook-da paylaş