Faydalı saytlar


Reklam



“New In Chess Classic”: Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda həlledici mərhələdə mübarizə aparacaq

“New In Chess Classic”: Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda həlledici mərhələdə mübarizə aparacaq

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində final mərhələsinin cavab oyunları keçiriləcək.
BrendSport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla həlledici mərhələdə mübarizə aparacaq.
Qeyd edək ki, təmsilçimiz birinci matçda iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen isə birinci matçda ABŞ təmsilçisi Hikaru Nakamuraya 3:1 hesabı ilə qalib gəlib.
Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.


Facebook-da paylaş