Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messinin butsları hərraca çıxarıldı



"Barselona"nın kapitanı Lionel Messinin əfsanəvi futbolçusu Pelenin rekordunu qırdığı oyunda geyindiyi butsları xeyriyyə auksionunda satışa çıxarılıb.

BrendSport.az xarici KİV-lərə istinadən xəbər verir ki, butsların "Christie" auksionunda ilkin qiyməti 125 min funt sterlinqdir (təqribən 143,5 min avro). Butsun satışından əldə olunacaq gəlir Barselonadakı Vall de Hebron Universiteti Xəstəxanasının sağlamlıq layihəsinə dəstək məqsədi ilə istifadə olunacaq.

Qeyd edək ki, Messi İspaniya çempionatının 15-ci turunun "Valyadolid"lə (3:0) 2020-ci il dekabr ayının sonunda keçirilən matçda qol vurub. Bu qol onun "Barselona" formasında 644-cü qolu idi. Futbolçu bir klubda qol sayına görə Peleninin rekordunu qırıb.


Facebook-da paylaş

Xəbəri paylaş