Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Oğlu ona göndərilən mesajı paylaşdı: “Atanla birlikdə ölməlisən”





“Yuventus”un baş məşqçisi Andrea Pirlonun oğlu Nikkolo Pirlo sosial şəbəkədə təzyiqlərlə üzləşdiyini deyib.

BrendSport.az xəbər verir ki, 17 yaşlı Nikkolo, atası Pirlonun “Yuventus”da uğursuzluq yaşadığı üçün sosial şəbəkə istifadəçiləri tərəfindən təzyiqlərə məruz qaldığını deyib.

O, bununla bağlı “instagram” hesabında ona yazılmış “Atanla birlikdə ölməlisən” mesajını paylaşaraq, bunları qeyd edib:

“Mən kimisə qınayanlardan deyiləm. Hər kəs istədiyini deməkdə azaddır. Mən heç vaxt söz azadlığından məhrum olmaq istəməzdim. Valideynlərim mənə hər kəsi dinləməyi bacarmağı öyrədib.

Ancaq hər şeyin həddi var. Mənim 17 yaşım var və hər gün belə mesajlar alıram. Özünüzü azı bir saniyəlik mənim yerimə qoyun, nə hiss edərsiz?”

“Yuventus” İtaliya A Seriyasında 4-cü sıradadır. Turin təmsilçisinin baş məşqçisi Andrea Pirlonun mövsümün sonunda komandadan ayrılacağı iddia olunur.


Facebook-da paylaş

Xəbəri paylaş