Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qvardioladan qələbə şərhi




“Oyuna yaxşı başladıq, amma təzyiq hiss etdik. Futbolçuların çoxu üçün bu, ilk Çempionlar Liqası yarımfinalı idi və onlar əllərindən gələni etmək istəyirdi. Birinci hissənin son 10 dəqiqəsi pis olmadı. Fasilədən sonra hər cəhətdən əla oynadıq. Səfərdə iki qol vurduq. 6 gün ərzində bizi çətin oyun gözləyir".

BrendSport.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.

"Bəzən biraz rahatlaşmalı və özün kimi olmalısan. İlk hissədə baş verənlər normaldır, topu itirmək istəmirdik. Ancaq sonra təzyiqimizi bir az gücləndirdik, daha aqressiv olduq. Əlbəttə ki, Mbappe, Neymar , Di Mariyaya qarşı oynamaq asan deyil" - deyə o bildirib.

Qvardiola komandasının oyunundan razı qaldığını söyləyib: "İki qol vurduq və daha çox fərqlənə bilərdik. Oyunumuzdan razıyam, ancaq yolun yarısı geridə qalıb. Qarşıda daha 90 dəqiqə bizi gözləyir. PSJ yaxşı komandadır, hər şey ola bilər.

Dortmund "Borussiya"sından qol buraxdıq, amma yekun da qalib gəldik. Bu matçda da eyni şey oldu. İkinci hissədə özümüzdə idik".


Facebook-da paylaş

Xəbəri paylaş