Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lionel Messi yeni rekorda imza atıb

Lionel Messi yeni rekorda imza atıb

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu və kapitanı Lionel Messi yeni rekorda imza atıb.

BrendSport.az xəbər verir ki, İspaniya çempionatının 31-ci turunun “Xetafe” ilə matçında (5:2) 33 yaşlı argentinalı dubla imza atıb. O, bununla da, La Liqada ardıcıl 12 mövsümdə 25 və daha çox qol vuran yeganə futbolçudur.
Argentinalı hücumçu cari mövsümdə iştirak etdiyi 29 matçda 25 qol vurub və 9 məhsuldar ötürmə edib. Bundan əlavə, L.Messi “Barselona” klubu ilə 35 kubok qazanıb. Hücumçu 10 dəfə İspaniya çempionatında, 7 dəfə İspaniya kubokunda, 8 dəfə İspaniya Superkubokunda, 4 dəfə UEFA Çempionlar Liqasında, 3 dəfə UEFA Superkubokunda və 3 dəfə klublararası dünya çempionatında qalib gəlib.


Facebook-da paylaş

Xəbəri paylaş