Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub

Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.
BrendSport.az xəbər verir ki, yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.
İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar.
Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.


Facebook-da paylaş