Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər

Həbib Nurməhəmmədov və Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər


Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov ilə amerikalı döyüşçü Castin Getji arasında döyüş tamaşaçıların iştirakı ilə keçirilə bilər.
BrendSport.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda tamaşaçıların görüşə necə cəlb ediləcəyi ilə bağlı müzakirələr aparılır. Məlumatda qeyd edilir ki, bu zaman sağlamlıq və təhlükəsizlik prioritet olaraq qalacaq.
Qeyd edək ki, H.Nurməhəmmədov və C.Getji arasında döyüş oktyabrın 24-də təşkil olunacaq.
H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.


Facebook-da paylaş

Xəbəri paylaş