Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Çempionlar Liqasının yeni mövsümünün formatı dəyişdirilib

Çempionlar Liqasının yeni mövsümünün formatı dəyişdirilib



Basketbol üzrə Çempionlar Liqasının müntəzəm çempionatının 2020-2021-ci il mövsümünün formatı pandemiya səbəbindən dəyişdirilib.
BrendSport.az “Eurohoops” saytına istinadla xəbər verir ki, müntəzəm çempionat qısa formatda təşkil olunacaq. Belə ki, komandaların az oyun keçirməsi basketbolçuların infeksiyaya yoluxmasının qarşısının alınmasına kömək edəcək. Komandalar 8 qrupa bölünəcək və hər qrupda 4 klub yer alacaq.
Qeyd edək ki, standart formatda isə komandalar 4 qrupa bölünürdü. Hər qrupda 8 komanda mübarizə aparırdı.


Facebook-da paylaş