Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək

Bu gün UEFA Super Kubokunun yeni sahibi müəyyənləşəcək


Sentyabrın 24-də UEFA Super Kubokunun 2019-2020-ci il mövsümünün yeni sahibi müəyyənləşəcək.

BrendSport.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdəki “Ferents Puşkaş” stadionunda keçiriləcək qarşılaşmada 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasının qalibi olan “Bavariya” klubu ilə UEFA Avropa Liqasının kubokunun sahibi “Sevilya” komandası üz-üzə gələcəklər.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü ingiltərəli referi Entoni Teylor idarə edəcək.
Oyun öncəsi “Bavariya”nın heyətində ciddi itkilər var. Komandanın əsas qol silahı sayılan polşalı Robert Levandovski, müdafiəçi Tanqi Kuassi zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Kinqsli Koman karantində olduğu üçün matçda forma geyinməyəcək. Digər zədəlilər - Entoni Deyvis və Leon Qoretskanın oynaması sual altındadır.
“Sevilya” klubunun heyətində Sebastian Korşya və Pablo Peres zədə səbəbindən meydana çıxa bilməyəcəklər.
UEFA Super Kubokunu indiyədək ən çox “Milan” və “Barselona” komandaları qazanıblar. Hər iki komanda indiyədək 5 dəfə bu kuboka sahib olublar. Bundan başqa, kataloniyalılar 4, “qırmızı-qaralar” isə 2 dəfə həlledici oyunda uduzublar.


Facebook-da paylaş

Xəbəri paylaş