Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Dünya çempionu "Yuventus"dan ayrıldı



İtaliya "Yuventus"u futbolçusu Blez Matüidi ilə yollarını ayırıb.

BrendSport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xidmətlərinə görə fransalı yarımmüdafiəçiyə təşəkkür edən Turin təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən "Yuventus"a keçən Matyüdinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasına transfer olacağı gözlənilir.

Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş