Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İtaliyada qadın tennisçilərin beynəlxalq turnirinə start verilib



İtaliyanın Palermo şəhərində qadın tennisçilərin beynəlxalq turnirinə start verilib.

BrendSport.az xəbər verir ki, mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnir onaltıdabir final mərhələsinin oyunları ilə başlayıb. Birinci mərhələdə xorvatiyalı Donna Vekiç ilə niderlandlı Aranta Rus qarşılaşıb. Görüş 1 saat 17 dəqiqə çəkib. Mübarizə xorvatiyalı raketka ustasının üstünlüyü ilə keçib. İlk setdə 6:1 hesabı ilə qələbə qazanan D.Vekiç təşəbbüsü əldən verməyib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn D.Vekiç səkkizdəbir finala yüksəlib.

Növbəti mərhələyə adlayanlar arasında almaniyalı Laura Ziqmund, italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.


Facebook-da paylaş