Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub olub



İyulun 2-də futbol üzrə İngiltərə Premyer Liqasında 32-ci turun növbəti oyunu keçirilib.

BrendSport.az xəbər verir ki, “Şeffil Yunayted” öz meydanında “Tottenhem” klubunu qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Şeffil Yunayted” komandası hesabı 31-ci dəqiqədə Sander Berqenin sayəsində açıb. Fasilədən sonra (69-cu dəqiqə) “Şeffil Yunayted” üstünlüyünü artırıb. Oliver Makburni adını tabloya yazdırıb. Matçın 84-cü dəqiqəsində hesab arasındakı fərq üç topa çatıb. Qolun müəllifi Lys Mousset olub. “Tottenhem” görüşün son dəqiqəsində təsəlli qolu vurub: Hari Keyn fərqlənib.

Üç oyundur qalib gələ bilməyən “Şeffil Yunayted” bu nəticədən sonra 47 xalla 7-ci, “Tottenhem” isə 45 xalla 9-cü yerdə qərarlaşıb.


Facebook-da paylaş