Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İngiltərə Premyer Liqası: “Everton” və “Arsenal” qələbə qazanıb



İyulun 1-də futbol üzrə İngiltərə Premyer Liqasının 32-ci turuna start verilib.

BrendSport.az xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma oynanılıb.

Maraq doğuran görüşlərdən biri “Emirates” stadionunda oynanılıb. “Arsenal” klubu “Norviç Siti”ni qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət, oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.

Bu qələbədən sonra xal ehtiyatını 46-a çatdıran “Arsenal” turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Norviç Siti” isə 21 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb.

Günün digər oyunlarında “Everton” öz meydanında “Lester Siti”ni (2:1), “Bormunt” isə səfərdə “Nyukasl Yunayted” komandasını məğlub edib - 4:1.


Facebook-da paylaş