Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Lionel Messi karyerasında 700-cü qolunu vurub

Lionel Messi karyerasında 700-cü qolunu vurub

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində keçirilən “Barselona” - “Atletiko Madrid” oyunu meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi üçün əlamətdar olub.
BrendSport.az xəbər verir ki, matçda 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən futbolçu karyerasında 700-cü dəfə fərqlənib.
L.Messi bu qolların 630-nu “Barselona”nın heyətində keçirdiyi 724 matçda vurub. O, Argentina millisinin heyətində keçirdiyi 138 matçda 70 dəfə rəqib qapılarına yol tapıb.
Otuz üç yaşlı hücumçu La Liqanın cari mövsümündə meydana çıxdığı 28 matçda 22 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun “Barselona” klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.


Facebook-da paylaş