Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



WTA prezidenti: Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq

WTA prezidenti: Koronavirus peyvəndi olmadan tennisçilərin oynaması çətin olacaq

Qadın Tennisçilər Assosiasiyasının (WTA) prezidenti Mikki Loyler koronavirusa qarşı peyvənd olmadan tennisçilərin yarışlarda iştiraklarının çətin olacağını bildirib.
BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, M.Loyler qurumun mövsümü bərpa etmək üçün əlindən gələni etdiyini deyib. O, ancaq yarışların dünyanın müxtəlif ölkələrində keçirilməsinin işləri çətinləşdirdiyini vurğulayıb. WTA prezidenti açıq ABŞ çempionatının keçiriləcəyi təqdirdə, regionda digər turnirlərin də təşkil ediləcəyini bildirib.
Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən bütün ATP və WTA turnirləri iyulun 31-dək dayandırılıb.


Facebook-da paylaş

Xəbəri paylaş