Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərib

AFFA “Avro-2020” ilə bağlı UEFA-ya təsdiq göndərib

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar "Avro-2020" turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Avro-2020"nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.


Facebook-da paylaş