Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Lionel Messi La Liqada fevralın ən yaxşı futbolçusu seçilib



İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi La Liqada fevralın ən yaxşı futbolçusu seçilib.

BrendSport.az xəbər verir ki, 32 yaşlı argentinalı hücumçu fevralda iştirak etdiyi 4 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Messi İspaniya çempionatında “Levante” ilə oyunda 2 , “Real Betis”lə matçda 3, “Getafe”yə qarşı görüşdə isə 1 məhsuldar ötürmə edib. Argentinalı hücumçu “Eybar” komandası ilə görüşdə isə dörd dəfə fərqlənib.

Qeyd edək ki, Lionel Messi cari mövsümdə “Barselona”nın heyətində keçirdiyi 30 oyunda 23 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.


Facebook-da paylaş