Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA Millətlər Liqası 2020/21 mövsümünün püşkatma səbətini təsdiq edib



Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Millətlər Liqası 2020/21 mövsümünün püşkatma səbətini təsdiq edib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

“B” divizionunun birinci səbətinə Rusiya, Avstriya, Uels və Çexiya daxildir. İkinci səbətə Norveç, Finlandiya, Şotlandiya və Serbiya, üçüncünə Slovakiya, Türkiyə, İrlandiya və Şimali İrlandiya, dördüncüyə isə Bolqarıstan, İsrail, Macarıstan və Rumıniya yığmaları düşüblər.

BrendSport.az xəbər verir ki, UEFA mətbuat xidmətinin açıqlamasına görə, Norveç və Finlandiya komandaları bir qrupda oynaya bilməzlər və eyni səbətə düşüblər. Belə ki, hər iki yığma şimal regionunu təmsil edir və bir qrupda həmin regiondan ikidən çox komanda çıxış edə bilməz. Orta və yüksək dərəcəli qış şəraitinin olduğu ölkələr sırasına Belarus, Estoniya, Farer Adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukrayna daxil edilib. Beləliklə, Norveç və Finlandiya komandaları üçün şimal regionundan yeganə rəqib Rusiya yığması ola bilər.

“A” divizionunda birinci səbətə isə turnirin hazırkı qalibi Portuqaliya, Niderland, İngiltərə və İsveçrə, ikinciyə Belçika, Fransa, İspaniya və İtaliya, üçüncüyə Bosniya və Herseqovina, Ukrayna, Danimarka və İsveç, dördüncüyə Xorvatiya, Polşa, Almaniya və İslandiya daxil edilib.

“C” divizionunda birinci səbəti Yunanıstan, Albaniya, Çernoqoriya, Gürcüstan, ikincini - Şimali Makedoniya, Kosovo, Belarus və Kipr, üçüncünü – Estoniya, Sloveniya, Litva və Lüksemburq, dördüncünü – Ermənistan, Azərbaycan, Qazaxıstan və Moldova təmsil edirlər.

“D” divizionunda isə birinci səbətə Cəbəllütariq, Farer Adaları, Latviya və Lixtenşteyn, ikinciyə - Andorra, Malta və San-Marino daxildirlər.

Millətlər Liqası 2020/21 mövsümünün püşkatma mərasimi 2020-ci il martın 3-də keçiriləcək. Qrup mərhələsi həmin il sentyabrın 3-dən noyabrın 17-dək, turnirin final hissəsi isə 2021-ci il mayın 31-dən iyunun 8-dək baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş