Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Raykkonen 2009-cu il mövsümündən sonra F1-dən getməsinin səbəbini açıqlayıb



“Alfa Romeo” komandasının yürüşçüsü Kimi Raykkonen 2010-2011-ci illər mövsümünü buraxaraq ralliyə üstünlük verməsi barədə qərarının səbəbini açıqlayıb. Onun sözlərinə görə, Formula 1 çempionatı ilə əlaqəsi olmayan məsələlərdən bezdiyi üçün pauza götürməyə qərar verib.

BrendSport.az xəbər verir ki, Raykkonen 2007-ci ildə “Ferrari” komandasına gəlib və ilk cəhddən sonra dünya çempionu olub. Finlandiyalı pilot 2008-ci il mövsümündə üçüncü, 2009-cu ildə isə altıncı yeri tutub. Bundan sonra yürüşçü Formula 1 yarışlarını tərk edib və 2012-ci ildə, “Lotus”la kontrakt imzalayaraq yenidən yarışlara qatılıb.

“Yahoo Sports” 40 yaşlı Raykkonenin sözlərini sitat gətirib: “Əgər o vaxt mən bu addımı atmasaydım, indi artıq Formula 1-də iştirak etməzdim. Həmin vaxt mən yürüşlərlə bağlı deyil, siyasi oyunlar və buna bənzər səbəblərdən xeyli cana doymuşdum”.

Raykkonenin “Alfa Romeo” ilə kontraktı 2020-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş