Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qalatasaray” Türkiyə Superliqasına məğlubiyyətlə başlayıb



Avqustun 16-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümünə start verilib.

BrendSport.az xəbər verir ki, mövsümün açılış matçında son çempion “Qalatasaray” komandası Dənizli Atatürk Stadionunda debütant “Dənizlispor”un qonağı olub. 2009-2010-cu illər mövsümündə çempionatla vidalaşan “Dənizlispor” doqquz mövsüm fasilədən sonra Superliqaya dönüşünü möhtəşəm qələbə ilə qeyd edib.

Baş hakim Abdulkadir Bitiqenin idarə etdiyi oyunda meydan sahibləri Fatih Terimin yetirmələrini 2:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Oyunda qolları Niyaz və Rodalleqa vurublar. “Qalatasaray”ın heyətində Markao matçın 33-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulub.

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Peşəkar Futbol İntizam Qurumu tərəfindən üç oyunluq cəza verildiyi üçün o, qarşılaşma zamanı komandaya rəhbərlik edə bilməyib.

Birinci turun oyunları dörd gündə keçiriləcək.

Bu gün “Beşiktaş” komandası “Sivasspor”, “Alanyaspor” klubu “Kayserispor”, “Rizəspor” isə “Gənclərbirliyi” səfərlərinə yollanacaq. Turun digər oyunları avqustun 18-də və 19-da keçiriləcək.

Qeyd edək ki, mayın 26-da yekunlaşan sonuncu mövsümdə ardıcıl olaraq 2-ci, tarixində 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurmuşdu.


Facebook-da paylaş

Xəbəri paylaş