Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mişel Platini həbs olunub



Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq rəhbəri Mişel Platini 2022-ci il futbol üzrə dünya çempionatının keçiriləcəyi yerin seçimində korrupsiya işi üzrə ittihamlar ilə əlaqədar saxlanılıb.

BrendSport.az bu barədə Fransanın “Mediapart” nəşrinə istinadla xəbər verir.

Qeyd edək ki, 2010-cu ilin dekabr ayında Qətər 2022-ci il futbol üzrə dünya çempionatını keçirmək hüququnu qazanıb. Sonradan bəzi futbol məmurları Qətər nümayəndələrini səslərin satın alınmasında ittiham ediblər. Lakin Beynəlxalq Futbol Federasiyasının təhqiqatı nəticəsində rüşvət faktları aşkarlanmayıb. France Football jurnalı 2013-cü ildə məlumat yaymışdı ki, Qətərin seçkilərdə qələbəsini Fransanın ovaxtkı prezidenti Nikola Sarkozi və Platini təmin edib.

Xatırladaq ki, UEFA-ya səkkiz il başçılıq etmiş Mişel Platini 2015-ci ilin sonlarında bu vəzifədən uzaqlaşdırılıb. Buna əsas səbəb FİFA-nın sabiq prezidenti Jozef Blatterin rəhbərlik etdiyi təşkilatın fondundan 2011-ci ildə Platininin hesabına 2 milyon İsveçrə frankı (təxminən 1,7 milyon avro) köçürməsi olmuşdu.


Facebook-da paylaş

Xəbəri paylaş