Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İngiltərəli ekspert: Bakıya gedən on minlərlə fanat buradakı hazırlıq və təşkilati işdən vəcdə gəldi



Mən və İngiltərədən UEFA Avropa Liqasının “Çelsi”-“Arsenal” matçını seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarışlaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilati işlərdən, infrastrukturdan və təhlükəsizliyin təminatından vəcdə gəldik.

BrendSport.az xəbər verir ki, bu fikri Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu ilə bağlı təəssüratlarını BBC-yə bölüşən İngiltərənin məşhur futbol ekspertlərindən olan Brayan Uirli deyib.

Bildirib ki, İngiltərədən xeyli məsafədə yerləşən Bakıda təşkil olunan bu möhtəşəm final oyununu izləmək və burada olmaqdan məmnundur. “Çelsi”-“Arsenal” matçı yüksək səviyyədə təşkil olunmuşdu. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat idi. Üç gün sonra Madriddə təşkil olunmuş UEFA Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” klubları arasında görüş isə mənim üçün əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matç idi”, - futbol eksperti qeyd edib.


Facebook-da paylaş