Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Çelsi”nin fransalı futbolçusu Oliviye Jiru Bakıda rekorda imza atıb



“Çelsi” klubunun hücumçusu Oliviye Jiru UEFA Avropa Liqasının Bakıda təşkil olunan final oyununda fərqlənib.

BrendSport.az xəbər verir ki, fransalı futbolçu “Arsenal”a qarşı keçirilən görüşün 49-cu dəqiqəsində rəqib qapısına yol tapıb və bu, onun cari mövsümdə 11-ci qolu olub. Bu göstərici ilə O.Jiru bir avrokubok mövsümündə ən çox qol vuran fransız futbolçu adını qazanıb.

Əvvəllər rekord Jyust Fontenə məxsus olub. Belə ki, “Reyms” klubunun futbolçusu 1958-1959-cu il mövsümündə 10 qol vurub.

Qeyd edək ki, Bakıda təşkil olunan görüşdə “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.


Facebook-da paylaş

Xəbəri paylaş