Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Halldorsson rəsmən İslandiya klubunda



“Qarabağ”la yollarını ayıran İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu rəsmən müəyyənləşib.

BrendSport.az xəbər verir ki, O, ölkəsinin "Valur" klubuna keçib. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper Reykyavik təmsilçisinə azad agent kimi keçib. Halldorsson “Valur”un aşağı yaş qrupları üzrə komandalarında qapıçılarla işləyən məşqçi kimi də fəaliyyət göstərəcək.

Halldorsson 2018-ci ilin iyul ayında gəldiyi “Qarabağ”la müqaviləsinə bir neçə gün öncə qarşılıqlı razılıq əsasında xitam vermişdi.


Facebook-da paylaş

Xəbəri paylaş