Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Pele Fransada müalicə aldığı xəstəxanadan evə buraxılıb

Pele Fransada müalicə aldığı xəstəxanadan evə buraxılıb
Dünya futbolunun əfsanəsi, üçqat dünya çempionu braziliyalı Pele (əsl adı Edison Arandis du Nasimentu) ötən həftə yerləşdirildiyi Paris xəstəxanasından evə buraxılıb.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, “Fransa yalnız böyük futbolçulara deyil, həm də mükəmməl həkimlərə sahibdir”, - deyən Pele göstərilən dəstəyə görə azarkeşlərinə təşəkkür edib.
Braziliyalı sabiq futbolçu beş gün ərzində Parisdəki Amerika xəstəxanasında ürək-damar problemləri ilə əlaqədar müalicə aldığını açıqlayıb. Pele tezliklə evinə qayıdacağını, lakin müalicə ilə əlaqədar yenidən Parisə gələcəyini deyib.
Karyerası ərzində qeyri-rəsmi oyunlar da daxil olmaqla 1363 oyunda 1281 qol vuran hücumçu “Ginnesin rekordlar kitabı”na düşüb.


Facebook-da paylaş

Xəbəri paylaş