Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lionel Messi “Qızıl Buts” uğrunda mübarizədə Kilian Mbappeni qabaqlayıb



İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Lionel Messi “Qızıl Buts” uğrunda mübarizədə Kilian Mbappeni 12 xalla qabaqlayıb.

BrendSport.az xarici KİV-lərə istinadla xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu İspaniya çempionatının XXXI turunda “Atletiko Madrid”lə qarşılaşmada 33-cü qolunu vurub. Bu nəticə ilə Messi “Qızıl Buts” uğrunda mübarizəyə 66 xalla liderlik edir. İkinci pillədə 27 qol vuraraq 54 xal toplayan “Paris Sen-Jermen”in fransalı hücumçusu Kilian Mbappe qərarlaşıb. İlk üçlüyü 42 xalla “Sampdoria” klubunun italiyalı hücumçusu Fabio Quagliarella tamamlayır.

Qeyd edək ki, “Qızıl Buts” uğrunda mübarizədə hər bir qol 2 xalla dəyərləndirilir.


Facebook-da paylaş

Xəbəri paylaş