Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Euronews: Minsk II Avropa Oyunları üçün starta hazırdır



Euronews televiziya kanalı Minskdə keçiriləcək II Avropa Oyunları haqqında geniş reportaj hazırlayıb. BrendSport.az telekanalın saytına istinadla xəbər verir ki, jurnalistlər minlərlə idmançı və azarkeşlərin Belarus paytaxtında qarşılanması ilə əlaqədar görülən işlərdən bəhs ediblər.

Telekanalın müxbiri Deymon Emblinq yarışların keçiriləcəyi əsas meydan olan “Dinamo” stadionunda müsahibələr alıb. Qeyd olunub ki, 1930-cu ildə istifadəyə verilmiş bu idman kompleksində II Avropa Oyunları ərəfəsində rekonstruksiya işləri aparılıb. Oyunların açılış və bağlanış mərasimləri də bu stadionda keçiriləcək. Belarus Milli Olimpiya Komitəsinin prezidenti Georgi Katulin reportajdakı müsahibəsində bildirib ki, ölkə üçün çox vacib olan bu idman tədbirinə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Stadionlarda işıqlandırma sistemindən tutmuş mətbuat mərkəzlərinədək bütün obyektlər ən yüksək texnologiya ilə təmin edilib. G.Katulin əlavə edib ki, açılış və bağlanış mərasimlərinə, həmçinin yarışlara biletlərin əksəriyyəti satılıb. “Biz bu yarışlarda Avropanın 4 mindən çox ən yaxşı idmançısının iştirak edəcəyini gözləyirik. Tədbirlərin keçirilməsində 8 mindən çox könüllü bizə kömək edəcək. Turistlərin kütləvi axınını da gözləyirik”, -deyə MOK sədri vurğulayıb.

Biatlon üzrə Olimpiya çempionu Darya Domraçeva II Avropa Oyunlarının elçisi kimi yarışların təşkilində fəal iştirak edir. Onun rəfiqəsi, “Miss Europe” titulunun sahibi olmuş Mariya Vasileviç isə Minskdə qonaqları və idmançıları gözəl sürprizlərin və əyləncələrin gözlədiyini qeyd edib. Onun sözlərinə görə, Belarus paytaxtındakı görməli yerlər, teatr və konsert zallarında da qonaqlara maraqlı proqramlar təklif ediləcək.

Reportajın sonunda deyilir: “Avropa Oyunları Minsk üçün əlamətdar hadisə, sevinc mənbəyi inkişaf üçün əlavə stimuldur. Yarışlar iyunun 21-dən 3-dək keçiriləcək”.


Facebook-da paylaş

Xəbəri paylaş